Ermənistan lideri: Azərbaycanla sülhün möhkəmləndirilməsi üzərində işləyirik
04.05.2026

Azərbaycanla sülhün möhkəmləndirilməsi üzərində işləyirik.

 Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda VIII Avropa Siyasi Birliyinin Zirvə Toplantısında deyib.

“Hazırda biz  Azərbaycanla iki ölkə arasında sülhü gücləndirmək və institusionallaşdırmaq üçün sıx işləyirik”, - o bildirib.

Baş nazir əlavə edib ki, tərəflər bir-birini dəstəkləyib: “Ermənistan və  Azərbaycan qarşılıqlı olaraq Avropa Siyasi Birliyi sammitlərinə ev sahibliyi üçün bir-birinin namizədliyini dəstəkləyib”.

visiontv.az