Pakistan və İran hərbçiləri Sistan və Bəlucistan əyalətinin Pəncqur və Saravan arasındakı Səbzkuh sərhəd bölgəsində etnik bəlucların silahlı qruplaşması "Ceyş əl-Ədlə" qarşı əməliyyat keçiriblər.
Bu barədə "Ceyş əl-Ədl"in yaydığı bəyanatda məlumat verilib.
Quru və havadan keçirilən əməliyyat nəticəsində qruplaşmanın 12 üzvü ölüb, dördü isə yaralanıb.
Silahlı qruplaşma ölənlər arasında iki "Ceyş əl-Ədl" komandirinin də olduğunu bildirib.
Etnik bəlucların silahlı təşkilatına qarşı əməliyyat İranın xarici işlər naziri Abbas Əraqçının Pakistana səfəri ilə eyni vaxta keçirilib.
Qeyd edək ki, oktyabrın 26-də İranın Sistan və Bəluçistan əyalətinin Təftan rayonunun Qohərkuh bölgəsində silahlı qruplaşma üzvlərinin hücumu nəticəsində İranın 10 polis əməkdaşını həlak olub.
Hücumun məsuliyyətinin etnik bəlucların "Ənsar əl-Furqan" silahlı təşkilatı öz üzərinə götürüb.
visiontv.az