“Tavanir” şirkəti İranda “planlı elektrik kəsilməsi”nin başladığını elan edib və insanlardan qənaət etməyi xahiş edib.
İran Elektrik Paylayıcı Şirkəti soyuq mövsümün başlaması və qaz istehlakının artması və elektrik stansiyalarına qaz yanacağının verilməsinin məhdudlaşdırılması və yanacağın istifadə edilməməsi ilə bağlı qəbul edilmiş qərarlara uyğun olaraq abonentlərdən qaz və elektrik enerjisinə qənaət etməyi xahiş edib.
Qeyd edək ki, son illərdə enerji sahəsində disbalans daha da güclənib və hazırda İran elektrik, su, qaz, benzin və dizel çatışmazlığı ilə üzləşib.
Ekspertlər hesab edirlər ki, narazılığın aradan qaldırılması üçün qısamüddətli həll yoxdur və inkişaf proqramlarının həyata keçirilməsi üçün bir neçə yüz milyard dollarlıq büdcə və ən azı 4 il vaxt lazımdır.
visiontv.az