“Omana dəvə ilə getsəydik, daha tez çatardıq!”
05.11.2026

Güney Azərbaycanın Traktor klubunun komanda meneceri Xodadad Əzizi komandanın Omana səfəri zamanı yaranan ciddi problemləri kəskin tənqid edib. O bildirib ki, Təbrizdən Məsqətə birbaşa uçuş üçün icazə verilmədiyindən komanda üzvləri İstanbulda dayanmağa və uzun müddət gözləməyə məcbur olublar.

Əzizi yaranmış vəziyyətə istehza ilə yanaşaraq, komanda üzvləri dəvə ilə yola çıxsaydılar, yəqin ki, Omana daha tez çatacaqlarını deyib. O, həmçinin İranın Omandakı səfirinin səfərin asanlaşdırılması ilə bağlı verdiyi vədlərin yerinə yetirilməməsini tənqid edib.

Traktor rəsmisinin sözlərinə görə, klub ev oyunlarının keçirilmə yerinin Omandan Tacikistana dəyişdirilməsi ilə bağlı danışıqlar aparır. Asiya Futbol Konfederasiyasının razılığı olacağı təqdirdə, Düşənbə şəhəri əsas alternativ kimi nəzərdən keçirilir.

visiontv.az