Oğuzda əl qumbaraları və sursat aşkarlanıb
10.05.2024

Oğuz rayonunda əl qumbaraları və sursat aşkarlanıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat  Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Oğuz  Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Qumlaq kəndində kolluq ərazidən 3 ədəd əl qumbarası, 3 ədəd avtomat silahına məxsus daraq və 389 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

visiontv.az