Dünən 85 Nobel mükafatçısı İran həbsxanalarından bütün siyasi məhbusların azad edilməsinə çağırış edib və 2023-cü il Nobel Sülh Mükafatının qalibi güneyli hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin sərbəst buraxılmasının vacibliyini vurğulayıb.
Məlumata görə, Nobel mükafatçılarının bəyanatında Nərgiz Məhəmmədinin xəstəlik məzuniyyətində olmasına və onun zindana qaytarılması üçün artan təzyiqlərə toxunaraq, Məhəmmədinin qeyd-şərtsiz azad edilməsini istəyiblər.
“Nərgiz Məhəmmədinin azadlığa çıxmasını istəyirik. Onun dayanıqlılığı ədalət və azadlıq uğrunda mübarizənin sərhəd tanımadığını xatırladır. Biz haqsız yerə həbs olunan hər kəsin yanındayıq”, - deyə, bəyanatda qeyd edilib.
visiontv.az