“Niyə heç kim istefa vermir?”
04.02.2026

“Həmmihən” qəzetinin və “Didban Iran” saytının müxbiri Pərisa Haşemi mətbuat konfransında İran hökumətinin fəaliyyətini tənqid edib. Haşemi hökumət rəsmilərinə səslənərək bildirib ki, əgər bu cür hadisələr başqa ölkədə baş versəydi, onlar ya istefa verər, ya utancdan ölər, ya da intihar edərdilər.

Haşemi etirazların amansızca yatırılmasına və ölkənin kritik vəziyyətinə toxunaraq vurğulayıb ki, xalqın qanına girən hər kəs bu millətin və torpağın düşmənidir. O, hökumətin isə yalnız üzr istədiyini, təkrarlanan vədlər verdiyini və heç bir rəsminin məsuliyyət daşımadığını bildirib.

Müxbir milli valyutanın dollar qarşısında dəyərinin azaldığını, hökumətin bunu “düşmən təsiri” kimi izah etdiyini qeyd edib. O, bildirib ki, gənclərə, qadınlara və kişilərə atəş açan şəxslər, əslində, ölkənin və torpağın düşmənidir, ancaq məmurlar hələ də yalnız vədlərlə kifayətlənirlər.

Haşemi deyib ki, başqa ölkələrdə belə hadisələrdə məmurlar cəzalandırılar.

visiontv.az