Nikol türk əsilli erməni deyil: O, elə əsl ermənidir
Nikol türk əsilli erməni deyil: O, elə əsl ermənidir
11.08.2022 MEDİA Tərəfindən

Bəli, revanşist erməni müxalifətinin ardınca erməni mediası da Nikol Paşinyanı Nikol Paşa kimi təqdim edir.

Əlbəttə, Nikol türk əsilli erməni deyil. O, elə əsl ermənidir. Bütün hiyləsi ilə, yalanı ilə, kələyi ilə, avantüristliyi ilə, təxribatçılığı ilə təpədən dırnağa qədər erməni oğlu ermənidir.

Lakin erməni müxalifəti və mediası isə onu bəlli səbəblərə görə gizli türk hesab edir və bu üzdən də onun adını Nikol Paşa qoyublar.

Bəs nəyə görə məhz Nikol Paşa?

Çünki hesab edirlər ki, yalnız genlərində, damarlarında türk qanı daşıyan gizli bir türk Qarabağın, Şuşanın Azərbaycana geri qaytarılması ilə razılaşar və yalnız bir gizli türk qondarma "erməni soyqırımı"nın üzərindən adlayıb Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına can ata bilər.

Bir sözlə, radikal erməni müxalifəti və ifratçı erməni mediası Paşinyanın Türkiyə və Azərbaycanla sülh və əməkdaşlıq yolunu seçməsini heç cürə ona bağışlaya bilmirlər.

Biz hələ keşişləri demirik. Uzun zamandır erməniləri terror və işğal ideyaları ilə, türkofob çağırışlarla zəhərləyən erməni kilsəsinin faşist ruhaniləri hesab edirlər ki, Paşinyan erməni xalqının son 200 ildə əldə etdiyi bütün nailiyyətləri darmadağın edib, torpaqları əldən verib və erməni xalqının ruh düşkünlüyünə qapılmasına səbəb olub.

Bax bütün bunlara görə adamın adını qoyublar Nikol Paşa.

Əsl həqiqətdə isə Nikol Paşinyan öz xalqını çox sevir və erməni xalqını zəhərli irqçi, millətçi-faşist ideyalarından, "Böyük Ermənistan" və "Miatsum" xülyalarından sağaltmaq istəyir.

O, öz xalqının ruh mühəndisi olmaq, bütün erməniləri yeniləmək, format etmək istəyir.

O istəyir ki, erməni xalqı daş dövrünün psixologiyasından əl çəksin, müasir və adekvat bir topluma çevrilsin.

Və bütün bu istəkləri ilə əslində Paşinyan daha dərin anlamda ən qatı erməni millətçisidir. Sadəcə olaraq ermənilər hələ onu tam da başa düşə bilmirlər.

Ancaq nə yazıq ki, Paşinyan da bütün müsbət cəhətləri ilə yanaşı həm də ənənəvi erməni hiyləgərliklərinin, erməni saxtakarlıqlarının və erməni sürüşkənliyinin daşıyıcısı olduğu üçün klassik erməniçiliklə modern erməniçilik arasında "şpaqat" vəziyyətində qalıb. Məhz buna görə də onun islahatları ləngiyir, sülh planları tormozlanır.

Bir sözlə, adam erməni xalqını "söküb, yenidən yığmağa" çətinlik çəkir. Həm də ona görə ki, adamın əlindəki material qəliz materialdır. Erməni xalqının mövcud materialı (palçığı, plastilini, xəmiri, mayası) ilə böyük xariqələr yaratmaq, Ermənistanı "Cənubi Qafqazın İsraili"nə və ya "Asiyanın Cənubi Koreyası"na çevirmək mümkün deyil...

Bəybala Mirzəyev

visiontv.az