“New York Times”: ABŞ Kuba Prezidentinin istefasını tələb edir
17.03.2026

ABŞ Kuba Prezidenti Migel Dias-Kanelin istefasını tələb edir.

“The  New York Times” xəbər verir ki, Tramp administrasiyası Havanaya danışıqlarda gələcək irəliləyişin yalnız  Kuba Prezidentinin gedişi ilə mümkün olacağını bildirib.

Nəşrin xəbərinə görə, söhbət rejimin tam dəyişməsindən deyil, iqtisadi islahatlara və  ABŞ-Kuba münasibətlərinin yaxşılaşmasına yol aça biləcək rəhbərliyin simvolik dəyişməsindən gedir.

visiontv.az