Ukrayna dövlət başçısı Volodimir Zelenski Yaxın Şərqdəki vəziyyətlə əlaqədar İranın səsləndirdiyi hədələrdən çəkinmədiyini bəyan edib.
Visiontv.az Oxu.Az-a istinadən xəbər verir ki, ölkə rəhbəri bu fikirləri İsrailin "i24" telekanalına açıqlamasında dilə gətirib.
"Bu növ xəbərdarlıqlar bizi qorxutmur", - deyə Zelenski vurğulayıb.
Xatırladaq ki, ötən həftə ərzində İran parlamentinin milli təhlükəsizlik komitəsinin rəhbəri İbrahim Əzizi İsrailə verdiyi dəstəyə görə Kiyevin Tehran zərbələri üçün rəsmi hədəf olduğunu irəli sürmüşdü.
visiontv.az