Tbilisidə Novruz festivalı keçirilir - FOTO
17.03.2026

Şəhərin tarixi mərkəzi sayılan Hamamlar məhəlləsində bayrama həsr olunan ənənəvi festival keçirilir.

Tədbiri  Tbilisi meriyası, Gürcüstan  Azərbaycanlılarının  Ağsaqqallar  Şurası və Mirzə Fətəli Axundov adına  Azərbaycan  Mədəniyyəti  Muzeyi birgə təşkil edib.

Festivala  Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstanın Gürcüstandakı səfirlikləri qatılıblar. Hər ölkə ayrıca guşədə özünəməxsus Novruz adət-ənənələrini və atributlarını, mədəniyyət nümunələrini, milli şirniyyatlarını nümayiş etdirir.

Tədbir çərçivəsində Novruz tonqalı alovlandırılacaq, milli rəqslər və mahnılardan ibarət konsert proqramı təqdim olunacaq.

Bayram şənliyini Tbilisi şəhər rəhbərliyinin nümayəndələrinin də ziyarət edəcəyi gözlənilir.

visiontv.az