NETTY2021 nominantları müəyyən edir, seçim prosesi başladı
01.12.2021

NETTY Milli internet mükafatının iştirakçılarının sırasından nominantların seçim prosesi başladı. Bu il müsabiqədə iştirak etmək üçün 200-dən çox müraciət daxil olub.

1 dekabrdan 7 dekabradək müsabiqənin Ekspert Şurası (Şura hər əsas nominasiya və altnominasiya üzrə üç nominant seçir) və Virtual münsiflər heyəti (münsiflər heyəti yalnız "Virtual Münsiflər Heyətinin Seçimi" nominasiyasında iştirakçıların ümumi sayından cəmi üç nominantı seçir) öz seçimlərini edəcək.

Müsabiqədə qələbəyə iddia edənlərin NETTY 2021-in nominantlarının yekun siyahısı 8 dekabr tarixində müsabiqənin saytında elan ediləcək.

Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin seçiminə əsaslanaraq NETTY Akademiyası final səsverməyə başlayacaq. Akademiya mövcud nominasiyaların hər birində mükafatın qalibini müəyyən edəcək. Həmin dövrdə həmçinin müsabiqədənkənar fəxri və həvəsləndirici nominasiyalar üzrə səsvermə keçirilir.

NETTY2021 qalibləri rəsmi olaraq 18 dekabrda mükafatlandırmanın təntənəli mərasimində elan edilirlər. Mərasimə mükafatın bütün nominantları dəvət edilir. 

İnternet-istifadəçilərdən öz növbəsində sosial loqin vasitəsilə Virtual münsiflər heyəti qismində saytda qeydiyyatdan keçib nominantların seçiminə təsir edə bilərlər.

Bu il mükafatı dəstəkləyənlər:
Baş partnyor - NAR.
Mükafatın rəsmi tərəfdaşları Golden Pay, SAVALAN, SmartHost, Renley.az-dır.
Layihənin informasiya tərəfdaşları: İctimai TV, Infocity jurnalı, Kaspiy qəzeti, Oxu.az, Media.az
Mükafatla əməkdaşlıq üçün info@netty.az ilə əlaqə saxlayın.