İsrailin Baş naziri Binyamin Netanyahu nazirlərə ABŞ-nin İsrail qoşunlarının Suriya, Livan və Qəzza zolağından çıxarılmasında israr etdiyi barədə məlumat verib.
Bu barədə etibarlı mənbəyə əsaslanan "Channel 13" məlumat yayıb.
Kanalın mənbəsi qeyd edib ki, Vaşinqton İsrail Silahlı Qüvvələrinin hər üç istiqamətdən müəyyən dərəcədə geri çəkilməsini istəyir. Lakin bu prosesin ordunun qismən, yoxsa tam çıxarılmasını nəzərdə tutduğu hələlik məlum deyil.
Eyni zamanda bildirilir ki, Netanyahu bu tələblə razılaşmayıb və nazirlərinə ABŞ-nin təzyiqinə müqavimət göstərmək niyyətində olduğunu deyib.
"Mən onlara "yox" deyəcəyəm", - deyə telekanal İsrail baş nazirinin bəyanatından sitat gətirib.
visiontv.az