İran ABŞ-nin müharibə və sülhün vaxtını müəyyən etməsinə imkan verməyəcək.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai həftəlik mətbuat konfransında deyib.
O bildirib ki, İran üçün əsas meyar milli maraqlar və milli təhlükəsizlikdir.
"ABŞ-ın müharibəni idarə etdiyini düşünməsi anlaşılan deyil. İranı qısa müddətdə çökdürəcəklərini hesab edirdilər, lakin bu baş vermədi. Yaranmış vəziyyətə görə məsuliyyəti öz üzərlərinə götürməlidirlər", - deyə Bəqai vurğulayıb.
XİN sözçüsü qeyd edib ki, İran milli maraqlarını və təhlükəsizliyini əsas götürərək qərarlar qəbul edir.
"Biz heç vaxt ABŞ-a müharibə və sülhün vaxtını müəyyən etməyə imkan verməmişik və verməyəcəyik. Milli maraqlarımız tələb etdikdə özümüzü müdafiə edəcəyik. Diplomatiyanın milli maraqlarımızın qorunmasına xidmət etdiyini düşündüyümüz zaman isə bu vasitədən istifadə edəcəyik", - deyə o əlavə edib.
visiontv.az