Netanyahu Vaşinqtonda Trampla görüşməyi planlaşdırır
05.04.2025

İsrailin Baş naziri Benyamin Netanyahu aprelin 7-də Vaşinqtona səfər edərək ABŞ Prezidenti Donald Trampla görüşməyə hazırlaşır.

APA “Axios”a istinadən xəbər verir ki, İsrail lideri Ağ Evin rəhbəri ilə tarifləri, Qəzza zolağındakı vəziyyəti və İranı müzakirə etməyi planlaşdırır.

“Səfər planlaşdırıldığı kimi baş tutsa, Netanyahu rüsumlara son qoymaq məqsədilə Prezident Trampla şəxsən görüşən ilk xarici lider olacaq”, - məqalədə deyilir.

Visiontv.az