Salar Tahir Əfşar Evin həbsxanasına köçürülüb
08.04.2025

Urmu şəhərindən olan milli fəal Salar Tahir Əfşar martın 6-da Tehranın Evin həbsxanasının hökmlərin icrası bölməsinə getdikdən sonra saxlanılıb və 5 illik həbs cəzasını çəkmək üçün həbsxanaya köçürülüb.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Tahir Əfşar, fevralın 18-də özünün iş yerində saxlanılaraq SEPAH-ın kəşfiyyat bölməsinin Təbrizdəki təcridxanasına köçürülümüş və bir müddət sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

Milli fəal "milli təhlükəsizliyə qarşı fəaliyyət"də, "ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq"da günahlandırılaraq 5 il həbs cəzasına məhkum edilib.

O, bundan əvvəl də dinc fəaliyyətlərinə görə həbs edilib və məhkumluq dövrü yaşayıb.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8