Meta Instagram-da 16 yaşdan kiçik istifadəçilərin valideyn icazəsi olmadan canlı yayım etməsinə qadağa qoyur.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, eyni zamanda, mesajlarda çılpaqlıq ehtiva edən görüntülərin bulanıqlığını aradan qaldırmaq üçün də valideyn razılığı tələb olunacaq.
Bu məhdudiyyətlər Meta-nın "yeniyetmə hesabları" sistemini Facebook və Messenger platformalarına da tətbiq etməsi ilə eyni vaxtda elan olunub. Yeni qaydalar ilkin olaraq ABŞ, Böyük Britaniya, Avstraliya və Kanadada qüvvəyə minəcək.
Meta, bu addımla valideyn nəzarətini gücləndirməyi hədəflədiyini bildirib.
Visiontv.az