Nobel Sülh Mükafatının qalibi və güneyli hüquq müdafiəçisi Nərhiz Məhəmmədi “Qadın, Həyat, Azadlıq” hərəkatının üçüncü ildönümü münasibətilə Iran International-a verdiyi müsahibədə bildirib ki, hərəkat hələ də canlıdır və qadınlar cəmiyyətdə dərin dəyişikliklərə səbəb olublar.
Onun sözlərinə görə, bu dəyişikliklər dəyişkəndir və bəziləri hələ tam müəyyənləşdirilməyib və təhlil olunmayıb. Məhəmmədi xüsusilə ictimai məkanlarda baş verən dəyişikliklərə diqqət çəkərək deyib: “Küçələrdə azad geyimdə qadınların olması bu dəyişikliyin bir hissəsidir”.
Hüquq müdafiəçisi vurğulayıb ki, bu dəyişikliklər xalqın qüdrəti və müqavimətinin nəticəsidir, hökumət qərarlarının isə bunda heç bir rolu yoxdur.
visiontv.az