NATO Baş katibi: Gürcüstanda baş verənlərdən narahatıq
04.12.2024

Biz Gürcüstanı Avro-Atlantik inteqrasiya yoluna qayıtmağa çağırırıq.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Rusiyanın Gürcüstan və Moldovada keçirilən seçkilərə mümkün müdaxiləsi ilə bağlı sualı cavablandırarkən bildirib.

“Əlbəttə, biz NATO ölkələrinin seçkilərinə istənilən müdaxiləni pisləyirik. Moldovada baş verənlərdən narahatıq, nəticə bizi qane edir, amma müdaxilənin olduğu aydındır. Eyni zamanda, Moldova hakimiyyəti seçkiləri öz demokratik prinsiplərinə uyğun keçirə bildi.

Gürcüstana gəlincə, əlbəttə ki, biz Gürcüstanın özündə baş verənlərdən narahatıq. Hadisələri izləyirik. Biz Gürcüstanı Avropa İttifaqı və NATO ilə Avro-Atlantik inteqrasiya yoluna qayıtmağa çağırırıq. Biz həqiqətən də baş verənlərdən narahatıq və hadisələri izləyirik. Kiminsə seçkilərə müdaxiləsinə gəlincə, bu, qəbuledilməzdir”, - Baş katib qeyd edib.