İslam Respublikasına bağlı hakerlərin yüksək vəzifəli İsrail rəsmilərinə qarşı 200 fişinq əməliyyatı həyata keçirmək cəhdini müəyyən etmişik.
Bu barədə İsrailin Daxili Təhlükəsizlik Təşkilatı (Şinbet) məlumat yayıb.
Məlumatda yüksək səviyyəli təhlükəsizlik məmurları, siyasi xadimlər, alimlər, media işçiləri və jurnalistlərin hədəf alındığı bildirilib.
“Bu, İranın İsrailə qarşı terror aktları törətmək məqsədilə başlatdığı kampaniyada daha bir mühüm təhlükədir. Digər İsrail təhlükəsizlik təşkilatları ilə birlikdə İranın fəaliyyətlərini müəyyən etmək və onları zərərsizləşdirmək üçün fəaliyyətimizi davam etdirəcəyik”,- Şinbet-in məlumatınd qeyd olunub.
visiontv.az