Nadir fotolardan biri...
23.06.2024

Dünyanın ən sirli və cazibədar qadını Mata Hari güllələnməzdən öncə..

Marqaret Geertruida Zelle, H-21 (kod nömrəsi Mata Hari) ilə dünya tarixinə düşüb.

Paris yaxınlığında yerləşən Vensenn qəsəbəsi. 1917-ci il, oktyabr ayının 15-i.Vincennes Şatosunun həyəti.

12 əsgər silahları ona sarı tuşlayıb əmr gözləyir. Zabit, keşiş və orda iştirak edənlər bir qadının bu cürə cəsarətli dik duruşun izləyir. Ondan son arzusunun nə olduğunu soruşanda "İçməyə su ancaq" deyə cavab verir.

Ona su gətirirlər, sakit halda, heç bir həyəcan olmadan suyu içir. Sonra zabit onun gözlərini bağlamaq üçün yaxınlaşanda “Mən satqın deyiləm, adi bir rəqqasəyəm” söyləyərək, gözlərini qapamağa icazə vermir.

Əsgərlərə gülümsəyərək baxan Mata Hari

Onu güllələməyə hazırlaşanlara öpüş göndərərək “mən hazıram cənablar” deyir.

Zabitin əmri ilə 12 əsgərin tüfəngindən eyni anda güllə açılır. Bu güllələrdən 11-i onun bədəninə dəyir. Əsgərlərdən ən gənci özünü itirərək atəş aça bilmir. Atəş əmrindən sonra hadisə yerində olan əks-kəşfiyyat xidmətinin əməkdaşı cəsədə yaxınlaşır, o, rəqqasənin hələ də nəfəs aldığını görür. Belindən silahını çəkən zabit güllə ilə Matanın başından vurur.

Sonradan onun ölümü barədə yazan vəkili etiraf edir " Mata Hari hamilə idi,mən ona əfvə düşəcəyini desəm də, o, cəsarətlə bətnində övladı ilə birlikdə ölümü seçdi".

visiontv.az