Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, görüşdə Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib.
Tərəflər regional prosesləri müzakirə ediblər, regional kommunikasiyaların açılmasının əhəmiyyətinə toxunublar, sərhədlərin delimitasiyası prosesinin davamlılığının vacibliyini qarşılıqlı olaraq vurğulayıblar.
Visiontv.az
Uçuşların idarə edilməsi sistemindəki yeni nasazlıq Britaniya aeroportlarının işini pozub
Azərbaycandan keçməklə İrandan Rusiyaya aparılan yükdə 80 kq-a yaxın marixuana aşkarlanıb