"Mossad" direktoru: İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib
28.04.2026

İsrailin xarici kəşfiyyat xidməti (“Mossad”) İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib.

“The Times of Israel”in xəbərinə görə, bunu “Mossad”ın direktoru David Barnea 2025-ci ildə keçirilən əməliyyatlarla bağlı tədbirdəki çıxışında deyib.

O, “Mossad”ın daha effektiv və daha çox hücum mövqeyindən çıxış edən təşkilata çevrildiyini bildirib.

“Biz hədəf ölkələrdə yeni və innovativ əməliyyat qabiliyyətləri nümayiş etdirmişik”, - Barnea qeyd edib.

“Mossad” direktoru təşkilatın İranla müharibədə İsrail ordusuna yüksək rütbəli rəsmilərlə bağlı məlumat ötürdüyünü və İsrailin İran üzərində hava üstünlüyünü təmin etməsinə kömək etdiyini bəyan edib.

O, təhdidlərin hələ də davam etdiyi barədə də xəbərdarlıq edib və yeni bir təhdidin hiss olunduğu zaman hərəkətə keçəcəklərini vurğulayıb.

visiontv.az