Güneyli hüquq müdafiəçisinin müalicəsinə icazə verilmədi
28.04.2026

Zəncan əyalətinin məhkəmə tibb həkiminin Güney azərbaycanlı hüquq müdafiəçisi və Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin müalicə üçün cəzasının bir ay müddətinə icrasının təxirə salınmasının zəruriliyi barədə açıqlamasına baxmayaraq, məhkəmə orqanları buna icazə vermyiblər.

Bu abrədə Nərgiz Məhəmmədi Fondu məlumat yayıb.

Məlumatda, bundan əvvəl iki dəfə infarkt keçirən Məhəmmədinin vəziyyətinin ağır olduğunadiqqət çəkilib və İran məhkəməsinin onun həbsdən tibbi məzuniyyətə buraxılamasını hüquq müdafiəçisinə qəsd kimi qiymətləndirilib.

Qeyd edək ki, Nərgiz Məhəmmədi ötən il dekabrın 12-də ofisində ölü tapılan vəkil Xosrov Alikurdinin xatirəsinə Məşhəddə təşkil edilən mərasimdə bir neçə digər fəalla birlikdə həbs edilib.

visiontv.az