SEPAH Hörmüz boğazı üzərində MQ-9 PUA-sının vurulduğunu bildirir
03.08.2026

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı üzərində uçan MQ-9 Reaper pilotsuz uçuş aparatının Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.

Bu barədə SEPAH-a məxsus “Sepah News” agentliyi məlumat yayıb.

Məlumatda PUA-nın hansı ölkəyə məxsus olduğu açıqlanmasa da, MQ-9 Reaper tipli aparatların əsasən  ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə edildiyi qeyd olunub.

SEPAH-ın məlumatına görə, fevralın 28-də  ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başladıqdan sonra İran 30-dan çox  MQ-9 Reaper pilotsuz uçuş aparatını vurub.

visiontv.az