Mirzoyan: Almatı görüşü Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəlib
10.05.2024

Almatı görüşü Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəlib.

 Bu barədə Ermənistan xarici işlər naziri  Ararat Mirzoyan  Azərbaycan  XİN rəhbəri ilə görüşdən əvvəl çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, tərəflər yalnız sülh müqaviləsi ilə kifayətlənmək istəmir. Belə ki, erməni nazir, eyni zamanda, regionda nəqliyyat kommunikasiyalarının bərpasının tərəfdarı olduqlarını vurğulayıb.

visiontv.az