İran Prezidenti Məsud Pezeşkian istefa vermək istəyir, ancaq SEPAH komandirləri və hakimiyyətdə olan sərt xətt tərəfdarları onun istefasına mane olurlar.
Bu barədə bundan əvvəl Pezeşkianı dəstəkləyən bəzi sosial media kanalları məlumat yayıb.
Məlumatlara əsasən, Əli Laricaninin öldürülməsindən sonra İran hakimiyyətində bundan sonrakı siyasətin davam etdirilməsi və müharibənin sonlandırılması ilə bağlı məsələlərdə fikir ayrılıqları güclənib.
Bildirilir ki, Pezeşkian və onun komandasının bir hissəsi indiki mövqedən geri çəkilmək və qərblə danışıqlara getməyi çıxış yolu hesab edir:
"Bu mövqe qəbul edilməzsə, SEPAH-ın təzyiq və təhdidlərinə baxmayaraq, Məsud Peşanın vəzifəsindən istefa verəcəyi ehtimalı yüksəkdir".
visiontv.az