İran parlamenti Hörmüz Boğazından keçən gəmilərdən vergi alınması haqqında qanun nəzərdən keçirir
19.03.2026

Hörmüz boğazından keçən gəmilərdən rüsum alınması ilə bağlı qanun layihəsi parlamentin gündəmindədir.

Bu barədə “Mehr” məlumat yayıb.

“Biz parlamentdə elə bir layihə üzərində işləyirik ki, ona əsasən, əgər ölkələr Hörmüz boğazından gəmilərin təhlükəsiz hərəkəti, enerji daşınması və ərzaq təhlükəsizliyinin təmin olunması üçün istifadə edəcəklərsə, onlar İran İslam Respublikasına rüsum və vergi ödəməyə məcbur olacaqlar”,- Tehrandan olan parlament nümayəndəsi deyib.

visiontv.az