Avropa İttifaqına üzv ölkələrin liderləri 19-20 mart tarixlərində Brüsseldə toplaşır.
Visiontv.az Avropa Şurasına istinadən xəbər verir ki, görüşə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta sədrlik edəcək.
Məlumata görə, görüşdə Yaxın Şərqdəki hərbi gərginlik və İrandakı vəziyyət, eləcə də bunların Avropa İttifaqına enerji qiymətləri və enerji təhlükəsizliyi baxımından təsirləri müzakirə olunacaq.
Eyni zamanda, Aİ-nin strateji rəqabət qabiliyyəti, növbəti uzunmüddətli maliyyə planı, təhlükəsizlik, müdafiə və miqrasiya məsələləri də gündəmdədir.
Liderlər Ukraynadakı son vəziyyəti və Rusiyaya təzyiqi artırmaq yollarını da müzakirə edəcəklər.
Məlumata görə, Aİ liderləri BMT Baş Katibi Antonio Guterreş ilə dünya üzrə pisləşən vəziyyəti, Aİ ilə tərəfdaşlarının birgə əməkdaşlıq yollarını müzakirə edəcəklər.
Qeyd edək ki, Avropa Şurasının görüşü ilə eyni vaxtda Avropa Sammiti də keçirilir.
visiontv.az