Məşhur aparıcının anası qaçırılıb
03.02.2026

Məşhur amerikalı televiziya aparıcısı Savannah Guthrienin anası, 84 yaşlı Nensi Guthrie itkin düşüb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, polis adam oğurluğunun əsas fərziyyə olduğunu bildirib.

"Hazırda biz 100 faiz inanırıq ki, o, evdən təkbaşına çıxa bilməzdi. Mən inanıram ki, o, qaçırılıb. O, təkbaşına və ya öz istəyi ilə getməyib", - deyə şerif Kris Nanos bildirib.

Aparıcının anası sonuncu dəfə 31 yanvar şənbə günü, uşaqları qonaq gələndə görülüb. Onun bazar günü itkin düşdüyü bildirilib. Guthrienin hərəkətlilik problemləri olduğu və köməksiz evdən çıxa bilmədiyi deyilir.

Şerif həmçinin yaşlı qadının demensiya xəstəliyindən əziyyət çəkmədiyini və huşunun yerində olduğunu bildirib. O, həmçinin aparıcının anasının dərman qəbul etməli olduğunu qeyd edib. Nanos vurğulayıb ki, "Ailəsinin ona ehtiyacı var".

Visiontv.az