Beynəlxalq Əfv Təşkilatı məhbuslara görə xəbərdarlıq etdi
03.02.2026

Beynəlxalq Əfv Təşkilatı İranda ümumxalq etirazlarından sonra etirazçıların saxlanılması, işgəncəyə məruz qalması və edam edilmə riski barədə xəbərdarlıq edib.

Bu barədə təşkilatın yaydığı bəyanatda bildirilib.

Beynəlxalq Əfv Təşkilatı bəyanatla yanaşı, İran məhkəmə sistemnin başçısı Qulamhüseyn Möhsüni Ejeiyə məktub göndərib.

Məktubda ölkə miqyasında keçirilən etirazlardan sonra minlərlə saxlanılan şəxsin vəziyyəti barədə xəbərdarlıq edilərək, bu insanların işgəncə, itkin salınma, ədalətsiz məhkəmələr və hətta ölüm cəzası ilə üzləşə biləcəklərindən narahatlığını ifadə edib.

Qeyd edək ki, İranda 35 gün əvvəl başlayan etiraz aksiyalarında 50 min nəfərə yaxın şəxs həbs edilib.

visiontv.az