Digər tərəfdən, Stiv Bennon və Taker Karlsonun təmsil etdiyi ifrat sağçı MAGA fraksiyası Epşteynin arxasında Mossadın durduğundan danışır.
Bu, çox maraqlıdır. Çünki bu cür şeylər yalnız yəhudi lobbisi bu məhkəmə proseslərinin arxasında olduqda baş verə bilər. Epşteyn qalmaqalında Trampın Yaxın Şərqdəki hərəkətləri ilə paralellik görürəm. Tramp Netanyahunu dinləməyə və İranı bombalamağa məcbur buraxılır, baxmayaraq ki, açıq-aydın bunu etmək istəmir. Çünki İranla savaşdan sonra nə olacağını hesablaya bilmir. Tramp məmnuniyyətlə boğaza yığıldığı Netanyahunun özünü bombalayardı. Amma o, başqa çarəsi olmadığını anlayaraq istəksizcə İranı bombalamağa məcbur edilir. Və burada biz Trampın imkanlarının limitlərini də görürük. Bəzi şeyləri edə bilər, bəzilərini isə edə bilməz.
Bəs İsrail kəşfiyyatının elitanı ələ keçirmək üçün Epşteyndən istifadə etməsi lazım idimi..?
Əlbəttə. Bunlar min illər yaşı olan qədim texnologiyalardır. Onlar güclülərin ipini əllərində saxlamaq üçün icad ediliblər. Əgər güc zirvəsinə çatsanız, təbii ki, üzərinizdə çirk olacaq. Bu texnologiyaların elementlərindən həm masonlar, həm də Fransa İnqilabını hazırlayanlar istifadə ediblər. Bütün aristokratiya haqqında dosyelər var idi, hər günah qeydə alınırdı.
Pərviz Əliyev
visiontv.az