Mərkəzi Asiyanın türk dövlətləri yunan Kiprində səfirlik açması müəyyən sualları yaradır
09.04.2025

Türk dövlətlərinin – Özbəkistan və Qazaxıstandan sonra Türkmənistanın da yunan Kiprində səfirlik açması müəyyən sualları yaradır.

- Bu, Türkiyəyə qarşı atılmış addımdır?

- Kiprlə diplomatik münasibətlər quran türk dövlətləri Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) tanımayacaq?

Məsələnin bu cür qoyuluşu mübahisələndirilə bilər, çünki BMT üzvü olan yunan Kipri müstəqil dövlət kimi tanınır və adıçəkilən türk dövlətləri də ada dövlətlə diplomatik münasibətlər qurmaq istiqamətində addım atırlar. Mərkəzi Asiya ölkələrinin bu addımı Avropa İttifaqı ilə siyasi-iqtisadi əlaqələrin perspektivləri fonunda atdığını düşünmək olar, hərçənd, başqa bir ehtimal da diqqətdən qaçmamalıdır.

- ŞKTC-nin mümkün tanınması və diplomatik münasibətlərin qurulması.

Türk dövlətləri Şimali Kiprin müstəqilliyini de-yure tanımasa da, rəsmi Lefkoşanın Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olması bunun de-fakto tanınması kimi qəbul edilə bilər. Ötən il TDT-nin Şuşada keçirilən Zirvə görüşünə ŞTKC-nin qatılması ilə bu istiqamətdə praktiki addım da atıldı. Lefkoşanı tanımadan adıçəkilən türk dövlətlərinin yunan Kipri ilə diplomatik münasibətlər qurması Ankaraya qarşı atılmış addım kimi görünsə də, əslində bunun ŞKTC ilə bağlı planlardan qaynaqlandığını düşünmək olar: istisna deyil ki, TDT ölkələri ŞKTC-nin müstəqilliyini tanıyacaq, Ankaranın Lefkoşanı təşkilatın tamhüquqlu üzvü etmək istəkləri də bunu şərtləndirir; belə görünür ki, TDT ölkələri ŞKTC-ni tanımamışdan öncə yunan Kiprində səfirlik açmaqla balans yaratmağa və Lefkoşa ilə bağlı mümkün addımın Aİ ilə münasibətlərdə problem olmasına imkan verməməyə çalışır;

Asif Nərimanlı

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8