Bakı Olimpiya Stadionunda WUF13 media mərkəzi fəaliyyət göstərəcək.
Bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov “İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü Forum çərçivəsində təşkil edilən panel sessiyada deyib.
O bildirib ki, WUF13-də 40 əsas sessiya keçiriləcək.
Eldar Rəsulov vurğulayıb ki, təkcə URBAN sərgisi 35 min kvadrat metr ərazini əhatə edəcək.
“800-dən çox media nümayəndəsi akkreditasiyadan keçib və bu proses davam edir”, - o əlavə edib.\
visiontv.az