Mənim həqiqətlərim: "Təriqətçi" Şah İsmayıl, ateist qazi, qayalara yazılan şəhid adları
Mənim həqiqətlərim: "Təriqətçi" Şah İsmayıl, ateist qazi, qayalara yazılan şəhid adları
08.09.2026 Şöhrət El-Dəniz Tərəfindən

Sosial media üzərindən yazdığım qeydlər.

Əvvəl Şah İsmayıl Xətainin timsalında təriqət davası getdi, sonra qaziləri ateist-dindar savaşına soxdular, indi də şəhid ailələri barədə dedi-qodu xarakterli müzakirələr gedir. Özü də qəsdən çox iyrənc müzakirələr aparılır. Bir az ağlı olan adam başa düşür ki, bu "təsadüflər" əslində həssas auditoriya üçün hazırlanan təxribat elementləridir. Avropanın, Rusiyanın, İranın, Ermənistanın xüsusi xidmət orqanlarının hazırladığı və tilovda təqdim etdiyi bu təxribatları çox rahatlıqla udub qarmaqda çabalayırıq. Fikir verdiniz. Heç kim Şuşada qayalarda yazılan rus adlarından, hətta Rusiyanın şəhərlərindən birinin adının yazılmasından sosial mediada yazmadı. Hamı şəhid adından şou düzəltdi. Biri şəhidə yandığından yazdı, biri qanundan yazdı, digəri ailəsindən yazdı, əsas yazan isə bütün bu dediklərimi yazsınlar deyə təxribat üçün yazdı. Və qalib olan da bu təxribatları yazan oldu.

***

2-ci Qarabağ müharibəsində sonra Azərbaycan ordusunun Quru qoşunları, komando qüvvələrinin peşəkarlığı haqda bütün dünya danışdı. Hələ də danışırlar. Növbədə Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin hərbi texniki və peşəkarlığının yüksəldilməsi durur. Hərbi Hava qüvvələri üçün Pakistan və Çin istehsalı olan müasir nəsil JF-17 blok 3 alındı. İndi də Xəzərdə ikinci ən böyük donanma olan Hərbi Dəniz qüvvələrinin hərbi gəmiləri müasirləşdirilir. Ordunun bütün növləri Orta gücə çevrilən Azərbaycanın statusuna uyğun formalaşdırılır. Xeyirli olsun.

***

Fikir verirəm, müşahidə edirəm, yazılanları oxuyuram baxıram ki, insanlar vaxtilə sevdiyi, dəyər verdiyi şəxsə daha çox nifrət edir, nəyik ki, yada.

P.S. Bəla orasındadır ki, toplum olaraq da bir-birimizə olan nifrət, hirs başqa, düşmən hesab etdiyimiz toplumlara olan nifrət və hirsdən daha çoxdur.

***

Bişkekdə Əliyev-Pezeşkian görüşünün simvolik mesajları

Əvvala onu deyim ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev əksər görüşlərində, bu beynəlxalq səviyyəli tədbirlər, prezidentlərlə və yaxud sıravi vətəndaşla görüş olsun fərq etməz adi bir hadisəni ciddi siyasi-diplomatik hadisəyə çevirməyi çox gözəl bacarır. Bunu Bişkekdə İran prezidenti Məsud Pezeşkianla görüşdə də nümayış etdirdi. Beləki Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında baş tutan qısa görüş mənim fikrimcə diplomatik protokoldan kənar 2 ciddi epizodla yadda qaldı. Stolun üzərindəki su şüşələri və dil seçimi bu dəfə danışıqların əsas arqumentinə çevrildi desəm yanılmaram. Görüş zamanı İran tərəfdən Pezeşkianın köməkçisi ona Borjomi suyu təqdim etdi. Cavab olaraq Prezident İlham Əliyev masanın üstündə olan Kəlbəcərin “İstisu” mineral suyundan içməyi təklif etdi və özü də nümunə göstərdi. Daha sonra söhbət Naxçıvanın “Badamlı” və “Sirab” suları ətrafında davam etdi. Eyni zamanda görüşün açıq hissəsində İlham Əliyevin İran nümayəndə heyətinin qarşısında Azərbaycan dilində müraciət etməsi və Pezeşkianı da bu dildə cavab verməyə təşviq etməsi diqqət çəkdi. İlk baxışdan səmim hadisə kimi görünən bu hadisədə dediyim kimi iki məqam ciddi siyasi mesaja çevrildi. Birinci mesaj: “Zəngəzur dəhlizi”nin iqtisadi-coğrafi əsaslandırması. Son illərdə İranın radikal yönümlü rəsmi dairələri “Zəngəzur dəhlizi” ideyasına ehtiyatla yanaşır və bunu bölgədə digər kommunikasiyaların açılmasına təhlükə yaratdığını bildirir. Bu baxımdan Prezident İlham Əliyevin seçdiyi məhsullar təsadüfi deyildi. Kəlbəcərin İstisuyu Şərqi Zəngəzur iqtisadi rayonunun əsas brendlərindən biridir. 30 il işğalda qaldıqdan sonra bərpa olunan kurort infrastrukturu ilə Azərbaycanın bu əraziyə qayıdışının simvoludur. Badamlı və Sirab isə Azərbaycanın əsas ərazisindən kənarda qalan Naxçıvan Muxtar Respublikasının əsas ixrac brendləridir. İki məkanın məhsullarını bir masa üzərinə qoymaqla verilən mesaj isə açıqdır: “İstisu” və “Badamlı-Sirab” arasındakı fiziki bağlılıq məhz Zəngəzur dəhlizi ilə təmin oluna bilər. Yəni söhbət tək Tehranın təqdim etdiyi kimi hərbi-logistikadan deyil, su, kənd təsərrüfatı, turizm və ticarətin birləşməsindən gedir. Bu, İrana qarşı bir təzyiq deyil, əksinə “bölgə iqtisadiyyatını birləşdirən dəhliz hamı üçün faydalıdır” tezisinin yumşaq nümayişi kimi oxunur. Əslində su diplomatiyası Qafqazda yeni deyil. Amma bu dəfə su brendləri birbaşa ərazi və kommunikasiya mübahisəsinin üzərinə qoyuldu. İkinci mesaj. Dil məsələsi və İranda yaşayan azərbaycanlılar faktorudur. Protokol adətən rəsmi görüşlərdə hər iki tərəfin öz dövlət dilində danışmasını, tərcüməçidən istifadəni nəzərdə tutur. Prezident İlham Əliyevin İran prezidentini Azərbaycan dilində danışmağa yumşaq desəm vadar etməsi daha çox simvolik jest idi. Burada da iki qat məna var. Bir. Azərbaycan dilinin regionda dövlət dili səviyyəsində istifadə olunduğunu göstərmək. İki. İranda təxminən 25-30 milyon civarında yaşayan azərbaycanlı əhalinin dil məsələsini xatırlatmaq. Rəsmi Bakı illərdir bu mövzuda birbaşa bəyanatlar verməkdən çəkinir, amma mədəni-humanitar sahədə İranda ana dil vurgusunu gücləndirir. Pezeşkianın özü Güney Azərbaycan əsilli siyasətçidir və seçkiqabağı kampaniyada ana dilində təhsil məsələsinə toxunmuşdu. Ona görə də onun Azərbaycan dilində cavab verməsi Tehran üçün daxili balans məsələsi, Bakı üçün isə bizim ortaq dilimiz var mesajı idi. Nəticə olaraq bu görüşdən mən 2 əsas nəticə çıxartdım. Birincisi, Azərbaycan artıq Zəngəzur dəhlizi mövzusunu yalnız xəritə və müqavilələrlə deyil, iqtisadi brendlər, turizm və gündəlik həyat vasitəsilə izah edir. “Zəngəzur dəhlizi ilə razlaşın, ondan sonra bu marşurutla su da, turist də, yük də gedəcək” məntiqi Tehrana daha başa düşülən dildə çatdırılır. İkincisi, dil faktoru Bakı-Tehran münasibətlərində yeni alətə çevrilir. Birbaşa siyasi tələblər olmadan, sadəcə Azərbaycan dilində salamlaşma və söhbət vasitəsilə 30 milyonluq auditoriyaya siqnal verilir. Yəni Bişkekdəki 5 dəqiqəlik epizod böyük müqavilə doğurmaya bilər. Amma diplomatiyada bəzən bir şüşə su və bir cümlə yüz səhifəlik notadan daha çox işləyir. Bu baxımdan Prezidrent İlham Əliyev bu dəfə həm xəritəni, həm də lüğəti masanın üstünə qoydu.

***

Putinin sifətinə baxın.

Bilirki günahkardır və nədə günahkar olduğunu da çox gumanki Prezident İlham Əliyev üzünə deyir. O da rola girib guya heç nədən xəbəri yoxdur kimi bir sifət alıb.

Bir platforma və mətn şəkili ola bilər

***

Şanxay Əməkdaşlıq Təşkilatında əhalinin sayı və iqtisadiyyatı milyardlarla ölçülsə də quruma üzv olan iki ən böyük dövlət Çin və Hindistan iqtisadiyyatı ABŞ və Avropadan asılıdır. Ona görə çox da yekə bir şey deyil. Təbii ki, Azərbaycan bu təşkilatdan öz maraqları üçün istifadə etməlidir. Və əminəm ki edəcək.

***

Əliağa Vahidin bir şeri var son bəndində deyir ki -

Üzü dönsün görüm ol ağuya dönmüş çörəyin,

Yaxşı möhtac elədi qəhbəyə, oğraşə bizi.

Bu beyti sosial mediada at oynadanlara şamil etsək məncə bu cür alınar-

Üzü dönsün görüm ol ağuya dönmüş çörəyin,

Yaxşı möhtac elədi feysbuka, tik-toka bizi.

***

20 yanvardan M kod adı altında 28 Maya, Gəncliyə və Koroğluya gedən avtobuslar camaata çox kömək edir. Bu marşurutu təşkil edənlərin ölənlərinə rəhmət diləyərək xahiş edirəm ki, Koroğlu istiqamətinə gedən marşurutun yolunu Nərimanovdan da salsınlar. Nərimanov metrostansiyası istiqamətinə də xeyli insan gedir və əsir-yesir qalmışıq.

***

Bu xanımları razı salmaq mümkün deyil də. Manatlıq (artıq 2 manat olub) taksidə evə gedirəm. Bidiyiniz kimi arxa üç nəfər üçün nəzərdə tutulub. Vay, o vaxt olur ki, arxaya 2 xanım düşür. Qırğın onda başlayır. Hər ikisi dirənirki ortada oturmuram. Nədənsə hamısının ürəyi bulanır ortada oturanda. Bu gün yenə qırğın başlayırdı dedim gəlin oturun kənarda ortanızda mən oturacam. Razılaşdılar. Mən də oturdum ortada mürgüləyə-mürgüləyə gəlib bir təhər çıxdıq mənzil başına. Düşəndə dedim noldu məni yedilər ortada oturanda. İki xanım dil tapıb yan-yana oturmadınız. Ona görə deyirəm bu xanımlardan əsasən də tez-tez ürəyi bulanan gənc xanımlardan baş aça bilmirəm))

***

Türkiyə mediasında və bəzi dini quruplarda Ankara-Bakı münasibətlərinə düşmən kəsilən təxribatçı qüvvələr var. Təhlükəli tərəfi odur ki, bu qüvvələrin hədəf auditoriyası sıravi vətəndaşlardır. Tehranda, Afinada, Parisdə, hətta

İrəvanda cahil kütlə üçün uydurulan anti-Azərbaycan nağılları Türkiyə mediasında çox rahatlıqla tirajlanır.

Şöhrət El-Dəniz

visiontv.az

***