Məmmədli kəndində yaşayış binasında yanğın başlayıb
11.01.2023

Abşeron rayonu, Məmmədli kəndində altımərtəbəli yaşayış binasında yanğın davam edir.

Visiontv.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 10-dan artıq texnikası və çoxsaylı canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğınının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

***

10.53

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində altımərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Məmmədli kəndində yaşayış binasında yanğın başlayıb - FOTO  - VİDEO  - YENİLƏNİB