Məmləkət Partiyası CHP-yə birləşmək niyyətindədir
17.07.2025

Türkiyənin müxalif Məmləkət Partiyası fəaliyyətini dayandıracaq.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bunu partiyanın sədr müavini Asuman Əli Güvən bildirib.

O qeyd edib ki, müvafiq qərar 21-22 iyulda keçiriləcək qurultayda rəsmi olaraq elan ediləcək.

Sədri müavini vurğulayıb ki, Məmləkət Partiyası CHP-yə birləşmək niyyətindədir.

Visiontv.az