Seçkilərdən sonra Budapeşt metrosunda səslənən “ruszkik haza!” şüarlarları
16.04.2026

Bu şüar sadəcə emosional ifadə deyil, Macar xalqının kollektiv yaddaşına həkk olunmuş qanlı tarixin yenidən siyasi diskursda canlanmasıdır.

Bu çağırışın kökləri 1956-cı il Macar üsyanı dövründən gəlir , 1956-cı il 23 oktyabrında başlayan və qısa müddətdə milli-azadlıq hərəkatına çevrilən etirazların, sovet işqalına qarşı Macar xalqının açıq müqavimətinin simvolu idi.

Həmin il 4 noyabrda sovet ordusunun genişmiqyaslı müdaxiləsi ilə bu üsyan amansız şəkildə yatırıldı, 11 noyabra qədər isə ölkə boyu milli müqavimət bütünlüklə qan içində boğuldu.

Üsyandan sonra Yanoş Kadar rejimi hakimiyyətə gətirildi və ölkə uzun illər Moskvanın geosiyasi orbitində saxlanıldı.

Sovet qoşunları Macarıstanı bir də 1991-ci ildə , ssri dağılandan sonra tərk etdi.

Dünən seçkilərdə qalib gələn Peter Magyar öz siyasi kampaniyasını məhz bu tarixi fon üzərində quraraq , seçki müddətində milli yaddaşı aktiv siyasi alətə çevirə bildi.

Onun ritorikasında “xarici təsirə qarşı suverenlik”, “azadlıq” və “tarixi ədalətin bərpası” kimi tezislər ön plana çəkilirdi.

Xüsusilə ölkədə fəaliyyət göstərən rusiya şəbəkəsi və media strukturlarına çağırışlar ünvanlayaraq bu seçki kampaniyasının yalnız daxili deyil, həm də geosiyasi maraqlar müstəvisinə daşıya bildi.

Onun mitinqləri zamanı izdihamın “ruszkik haza!” şüarı ilə cavab verməsi də təsadüfi və ya sadəcə keçmişlə bu gün arasında qurulan simvolik körpü deyildi.

Bu, bir siyasi qrupun milli yaddaşı geopolitik reallıqlarla toqquşmasında dividend götürülməsinə hesablanməş güclü bir gediş idi.

Politoloq Yeganə Hacıyeva

visiontv.az