Liviyanın qərbində Müəmmər Qəddafinin oğlu öldürülüb
04.02.2026

Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam ölkənin qərbində yerləşən Əz-Zintan şəhərində öldürülüb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Libya al-Ahrar” məlumat yayıb.

Telekanalın verdiyi məlumata görə, o, naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.

Hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb.