Lavrov və Əraqçi Moskvada Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
17.12.2025

Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi Moskvada Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə hər iki nazir danışıqlarının yekunları ilə bağlı keçirdiyi birgə mətbuat konfransında bildiriblər.

Lavrov iranlı həmkarı ilə görüşdə ikitərəfli münasibətləri, İranın nüvə problemi ətrafındakı vəziyyəti, o cümlədən regional məsələləri, Yaxın Şərq, Cənubi Qafqaz və Xəzər regionundakı vəziyyəti müzakirə etdiklərini söyləyib.

Əraqçi də bu məsələlərlə yanaşı Ukrayna münaqişəsinin də bugünkü danışıqlarda müzakirə olunduğunu bildirib.