Hazırda Tehranın Evin həbsxanasında saxlanılan milli fəak Baqir Hacızadənin, dekabrın 15-də dünyasını dəyişən anasının dəfn mərasimində iştirak etməsinə icazə verilməyib.
Bu haqda onun yaxınları məlumat yayıb.
Bildirilib ki, Hacızadənin ailə üzvləri bununla bağlı həbsxana rəhbərliyinə müraciət etsələr də, mənfi cavab alıblar.
Qeyd edək ki, 2024-cü ilin fevral ayının 5-Təbrizdə həbs edilən Baqir Hacızadə, "ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq və toplaşmaq" və "casusluq" ittihamına görə 13 il azadlıqdan məhrum edilib.
visiontv.az