Laricani Beyrut hava limanında təhqir olundu
20.11.2024

Səudiyyə Ərəbistanının Əl-Əxbariyyə xəbər agentliyinin verdiyi məlumata görə, İran rəsmisi Əli Laricani və onu müşayiət edən nümayəndə heyəti Beyrut Hava Limanında ciddi yoxlamaya məruz qalıb.

Laricani və heyətinin hava limanına daxil olduğu zaman təhlükəsizlik əməkdaşları onların çantalarını açmağı və yoxlama cihazlarından keçirməyi tələb edib. Laricani bu qərara etiraz edərək Livan rəsmiləri ilə əlaqə saxlayıb. Buna baxmayaraq, Beyrut Hava Limanının müdiri yoxlama prosedurunun bütün nümayəndə heyətinə tətbiq olunması barədə göstəriş verib.

Bu hadisə Laricani və nümayəndə heyətinin hava limanında ciddi narazılığına səbəb olub və geniş rezonansa yol açıb.

visiontv.az