"Koroğlu" tamaşası "Qızıl lövhə" mükafatına layiq görüldü
23.11.2026

Bundan əvvəl Təbrizdə səhnələşdirilməsi radikal dindarlar və fars miliyyətçilərinin hücumları ilə qarşılaşan "Koroğlu" tamaşası "Dəyərli milli əsər yaratmaq"a görə "Qızıl lövhə" mükafatına layiq görülüb.

Bu haqda Təbriz mediası məlumat yayıb.

Mükafat dördüncü Hafiz Teatr və Musiqi Mərasimində tamaşanın rejissoru Yaqub Səddiq Camala təqdim edilib.

"Koroğlu"nun Təbrizdə nümayişi bəzi dairələrin tənqidləri ilə qarşılaşmasına baxmayaraq, Teranda da səhnəyə çıxarılıb və ən çox bilet satılan tamaşalar siyahısında yer alıb. 

visiontv.az