Deyirlər, Tramp sıradan bir siyasətçi deyil, fenomendir, bütün Amerikada tanınan və qəbul olunan siyasətçidir. Harris isə, regional siyasətdə zirvədə (qubernator və s.) olsa da, federal siyasətdə hələ kölgədədir. Tramp o boyda tənqidlərə, hətta təhqirlərə baxmayaraq, o boyda Amerikanı inandıra bilib və 200 milyon seçici ona səs verib.
Deyirəm, Trampın qələbəsi realdı, çünki bu qələbənin yuxarıda deyilən subyektiv səbəblərlə yanaşı, əsaslı obyektiv səbəbləri də vardı. Mən heş kim eşitməsə də, həmişə bu barədə demişəm və indi də təkrar edirəm.
1.Bütün dünya köhnəliklərdən bezib, hamı o cümlədən amerikalılar yenilik istəyir. Harrisin məğlubiyyəti, faktiki olaraq, konservatizmin məğlubiyyəti, Trampın qələbəsi reformizmin qələbəsidir. Amerikalılar da islahatlar istəyirlər...
2.Atları yarı yolda dəyişmirlər, bu barədə hətta bir Amerika filmi də var. Başda Bayden olmaqla, demokratlar bu qaydanı pozdular və məğlubiyyətə imza atdılar. ABŞ-da prezidentliyə namizəd neçə etapdan keçməlidir, özünü təsdiq etməlidir. Bayden isə, bu qaydaları gözləmədi, Rusiyada Yeltsin Putini təqdim etdiyi kimi, Harrisi siyasi varis kimi təqdim etdi. Amma bu variant Rusiyada keçərli olsa da, Amerikada keçərli deyildi.
3.Amerikalılar Ukraynaya, İsrailə, Tayvana dəstəkdən, Rusiyaya, Çinə, İrana dirsəkdən yorulublar. Onlar öz çörəklərini özləri yemək, öz pullarını özləri xərcləmək, özləri üçün yaşamaq istəyirlər. Bizim şair demiş, dünya necə tarac olur-olsun, nə işim, təki mən kamil olum, özgələr ilə nədir karim?!
Sual oluna bilər ki, bəs indi nə olacaq? Deyirəm, bu sualın sadə cavabı var: Tramp Amerika daxilində əsaslı dəyişikliklər edə bilməyəcək, zira bu ölkədə qanunlar saat kimi işləyir. Amma xarici siyasətdə dəyişiklər edəcək. Məsələn, dünyaya demokratiya ixracatını azaldacaq, dollar ixracatını artıracaq.
Mən belə düşünürəm, amma yaşayarıq, görərik. Bizim siyasətçi demiş, hər olayın bir zamana ehtiyacı var...
Qalib ARİF
visiontv.az