Kiyev Uitkoff və Kuşnerə Brüsseldə danışıqlar aparmağı təklif edib
14.10.2026

Ukraynalı danışıqçılar ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerə yeni danışıqlar raundu keçirmək üçün yaxın günlərdə görüşməyi təklif ediblər.

Visiontv.az  "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə nəşrin mənbələri bildirib.

"Ukraynalı danışıqçılar hazırda Stiv Uitkoff və Cared Kuşneri onlarla yeni danışıqlar raundu keçirmək üçün Brüsselə və ya başqa bir şəhərə gəlməyə dəvət edirlər", - məlumatda bildirilib.

Oktyabrın 15-16-da Brüsseldə  Avropa Şurasının iclası keçiriləcək. Gözlənildiyi kimi, tədbirdə Ukrayna Prezidenti  Volodimir Zelenski də iştirak edəcək.

Qeyd edək ki, ötən gün  Zelenski Ukraynanın Trampın elçilərinə yeni görüş keçirməyi təklif etdiyini bildirib.

visiontv.az