KİV: Tramp Britaniyanın İsrailə qarşı sərt qərarına etiraz etməyib
09.09.2026

Böyük Britaniyanın Baş naziri Endi Börnhem Londonun İordan çayının qərb sahilində yerləşən yəhudi qəsəbələrindən malların idxalına qadağa qoymaq planları barədə ABŞ Prezidenti Donald Trampı əvvəlcədən xəbərdar edib.

Visiontv.az  xəbər verir ki, bu barədə  "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Tramp bu cür addımlara etiraz etməyib və Börnhemdən sanksiyaların tətbiqindən çəkinməyi xahiş etməyib.

Portalın məlumatına əsasən, Dövlət Departamentinin nümayəndələri də Britaniya  Xarici İşlər Nazirliyinə bildiriblər ki, mal idxalının qadağan olunması zərurəti ilə razılaşmasalar belə, Londonun İordan çayının qərb sahilində yəhudi qəsəbələrinin genişləndirilməsi ilə bağlı narahatlığını bölüşürlər.

Bundan əvvəl  ABŞ dövlət katibi Marko Rubio media nümayəndələri ilə söhbətində Vaşinqtonun hələlik Londonun hərəkətlərinə açıq qiymət verməyəcəyini vurğulayıb. O qeyd edib ki, Böyük Britaniya özünə uyğun bildiyi qərarları qəbul etmək hüququna malikdir, lakin  ABŞ yaşayış məskənlərinə münasibətdə analoji siyasət yürütmək niyyətində deyil. Rubionun sözlərinə görə, Birləşmiş Ştatlar ilk növbədə İsraildə və İordan çayının qərb sahilində sabitliyin qorunub saxlanmasında maraqlıdır.

visiontv.az