KİV: İsrailin müdafiə qurumları İranın ABŞ obyektlərinə hücum ehtimalı ilə bağlı hazırlıq vəziyyətinə gətirilib
02.11.2026

İsrailin müdafiə qurumları İranın bölgədə ABŞ obyektlərinə və maraqlarına, o cümlədən İsrailə qarşı qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bu barədə İsrailin “Walla” agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ və İsrail kəşfiyyat orqanları Tehranın  ABŞ-dakı seçkilərin gedişinə və siyasi mənzərəyə birbaşa təsir göstərə biləcək genişmiqyaslı hərbi təxribata əl atmasından narahatdır.

Nəşr qeyd edib ki, digər versiyaya əsasən, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) yaxın zamanda hücuma hazırlaşdığını müəyyən etdiyi halda, təhlükəni zərərsizləşdirmək üçün qabaqlayıcı zərbə endirmək və ya bundan çəkinmək arasında seçim qarşısında qala bilər.

visiontv.az