İranın ali rəhbəri Əli Xameneiyə yaxınlığı ilə tanınan radikal "Keyhan" qəzeti ABŞ-nin dəniz blokadasına qarşı sərt mövqe nümayiş etdirərək Amerika qüvvələrinə hücum çağırışı edib.
"İndi geri çəkilməyin və ya diplomatiya ilğımına qapılmağın vaxtı deyil. Cənub limanlarının blokadasını qaldırmağın yolu qətiyyətli hərbi cavabdan keçir”, - deyə, qəzet vurğulayıb.
Məqalədə iddia olunub ki, “düşmən silah çatışmazlığından əziyyət çəkir və təcavüzkar donanmanın birbaşa hədəfə alınması nəzərdən keçirilməlidir”.
"Keyhan" əlavə edib ki, İranın neft ixracı tam təhlükəsiz olana qədər Fars körfəzində ABŞ və onun müttəfiqləri üçün heç bir ərazi təhlükəsiz hesab edilməməlidir.
visiontv.az