Havay adalarında Halemaumau kraterində Kilauea vulkanında püskürmə başlayıb.
Visiontv.az-ın məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
"Halemaumau kraterində Kilauea vulkanının zirvəsində davam edən püskürmənin 52-ci epizodu çərçivəsində ilkin zəif aktivlik Havay vaxtı ilə səhər saat 10:22 radələrində başlayıb", - deyə qurumun məlumatında bildirilir.
Seysmoloqlar qeyd edirlər ki, püskürmənin başlaması ilə onlar aviasiya üçün təhlükə səviyyəsini sarıdan narıncıya qaldırıblar.
visiontv.az