Kaliforniyada yanğınlar səbəbi ilə Azərbaycanın Baş konsulluğu fəaliyyət göstərdiyi binadan köçürülüb.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, hadisə baş verən zaman bu barədə məlumat yayılıb: “Baş konsulluq fəaliyyətini dayandırmayıb, sadəcə olaraq, fəaliyyətini məsafədən həyata keçirir, Baş konsulluqla əlaqə vasitələri mövcuddur”.